Xarici xəbərlər

Avropa Komissiyası Qərbi Balkan ölkələrinin üzvlüyü ilə bağlı danışıqları sürətləndirmək niyyətindədir

07-02-2018 | 13:44        

  

Avropa Komissiyası Qərbi Balkan ölkələrinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları sürətləndirmək niyyətindədir. Bu məqsədlə qurum 6 ölkəyə maliyyə dəstəyi göstəriləcəyini və qanunun aliliyi, miqrasiya, sosial-iqtisadi inkişaf, nəqliyyat və energetika kimi mühüm sahələrdə layihələrin gücləndiriləcəyini bəyan edib. Qərbi Balkan ölkələri arasında Serbiya və Monteneqronun 2025-ci ilədək Avropa İttifaqına daxil olmaq şansı daha çoxdur. Hazırda üzvlüklə bağlı danışıqlar yalnız bu iki namizəd ölkə ilə aparılır. Makedoniya və Albaniya Avropa İttifaqına daxil olmağa rəsmi namizəd olsa da hələ ki, bu ölkələrlə konkret danışıqlar aparılmır. Avropa Komissiyası danışıqlar prosesinin başlanması üçün tövsiyələr verməyə hazır olduğunu bəyan edib. Bunun üçün rəsmi Skopye və Tirana lazımi şərtləri yerinə yetirməlidir. Avropa İttifaqına yeni üzvlərin qəbul olunması üçün hazırkı üzv ölkələrin yekdil dəstəyi tələb olunur. Əksər üzv ölkələrin əhalisi isə Avropa İttifaqının genişlənməsinə qarşı çıxır.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR