İqtisadiyyat

Robert Dadli: ““Şahdəniz-2” yatağındakı tikinti işləri 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir”

07-02-2018 | 13:27        

  

“Şahdəniz-2” yatağındakı tikinti işləri 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Bu barədə BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib. Azərbaycan təbii qazının Avropaya daşıyacaq Trans-Adriatik qaz boru kəməri üzrə işlərin də 65 faizi yekunlaşıb. İşlərin sürətləndirilməsi üçün Avropa İnvestisiya Bankı TAP layihəsinə 1,5 milyard avro kredit də ayırıb.

Cənub Qaz Dəhlizinin seqmenti olan “Şahdəniz-2” layihəsi, yəni Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi 2018-ci ildə fəaliyyətə başlayacaq. BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildrib ki,  sözügedən layihənin tikintisi bu il istismara verilməsi plana uyğun irəliləyir. Bu arada Avropa İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin digər seqmenti olan “Trans-Adriatik” qaz boru kəməri layihəsinə 1,5 milyard avro kredit ayrılmasını təsdiqləyib.  Bu məbləğ Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəmərinin maliyyələşdirməsi üçün nəzərdə tutulub. Artıq Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutu üzrə işlərin işlərin-mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumilikdə 65 faizi yekunlaşıb. Bu hissədə 500 kilometr uzunluğunda boru xətti cəkilib. Marşrut üzrə boruların 80 faizi qaynaq edilib. Ümumi dəyəri 4,5 milyard avro olacaq layihə qrafikə uyğun icra edilir. Belə ki, TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR