Xarici xəbərlər

Ermənistanda media azadlığı sahəsində vəziyyət yaxşı deyil

07-02-2018 | 11:06        

  

Ermənistanda insan hüquqları ilə yanaşı media azadlığı sahəsində də vəziyyət yaxşı deyil. Jurnalistlər təqib olunur, mətbuu orqanlar isə müxtəlif bəhanələrlə bağlanır. “Medialab” informasiya portalının əməkdaşlarının ölümlə hədələnməsi  ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən qınanılıb.

Ermənistan cəmiyyəti və siyasi hakimiyyətində böyük problemlər mövcuddur. Əsasən də media azadlığı sahəsində. İrəvanda fəaliyyət göstərən “Medialab” informasiya portalının redaktoru Marianna Qriqoryan belə deyir. Onun sözlərinə görə Ermənistanda jurnalistlər daim təhdid altındadırlar. Xəbər portallarının yerləşdiyi binalara tez-tez hücumlar olur, avadanlıqlara zərər vurulur. Qriqoryan bildirib ki, baş redaktoru olduğu “Çeç” qəzeti ötən il bağlanıb. İndi də “Medialab” informasiya portalını eyni aqibət göləyir. Xəbər saytı bağlanmayacağı təqdirdə jurnalistin  ailəsi ölümlə hədələnir. Marianna Qriqoryan deyir ki, onu, azyaşlı qızına xətər yetirəcəkləri ilə qorxudurlar. O, artıq bu cür təzyiqlərdən yorulduqlarını, belə şəraitdə çalışa bilmədiklərini  bildirir.  Jurnalistin fikrincə Ermənistan  hökumətinin  mətbuat azadlığı, demokratiya, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Ölkədə addımbaşı mətbuat nümayəndələrinin  hüquqları pozulur. Qəzetlər və saytlar müxtəlif bəhanələrlə bağlanır. İndi də “Medialab”-ın fəaliyyətini  dayandırmaq üçün xəbərdarlıq gəlib. Üzləşdikləri  təqiblərlə bağlı  iki ilə yaxındır aidiyyatı qurumlara müraciət etsələr də vəziyyət dəyişmir. “Medialab” informasiya portalının əməkdaşlarının ölümlə hədələnməsi  ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən qınanıb. Diplomotik korpusun rəsmi “Tvitter” səhifəsində bildirilir ki, KİV-ə hücumlar, məsələn bu yaxınlarda “Medialab”-ın direktorunun  ünvanına olunan  təhdidlər  demoktrotiya üçün həyati vacib olan mətbuat azadlığına qarşı nifrətin təzahürüdür. Ermənistan mediası isə yazır ki, hökumət  Avropa şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Qurum hakim dairələrdən Ermənistanda KİV azadlığının səviyyəsinin qaldırılmasını  dəfələrlə tələb edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir. Hətta mitinqlərdə zorakılığa məruz qalanlar arasında vəzifə borcunu yerinə yetirən jurnalistlər üstünlük təşkil edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR