Cəmiyyət

Özbəkistan mətbuatında Azərbaycanla bağlı “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilib

07-02-2018 | 11:03        

  

Özbəkistan mediasında Azərbaycana dair “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilib. Daha ətraflı Orta Asiya ölkələri üzrə xüsusi müxbirimiz Fadil Paşayev xəbər verir.

Bu il Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinin geniş qeyd olunması ilə əlaqədar Özbəkistan mətbuatında elan edilən müsabiqənin birinci nominasiyası “Azərbaycan Xalq Cümhuriyyəti - 100” movzusudur. Digər nominasiya isə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev: Azərbaycan-Özbəkistan dostluğu” adlanır. “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkanıdır” adlı nominasiya isə “Bakı prosesi” təşəbbüsünün 10 illiyinə həsr olunub. Azərbaycan-Özbəkistan dostluğunun, həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm imkanlarının təbliği məqsədilə “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” nominasiyası da müəyyən edilib. ““Made in Azerbaijan” brendi” adlı nominasiya ölkəmizdə istehsal olunan məhsulların xaricdə təbliği üçün müsabiqəyə daxil olunub. Müsabiqədə Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan Muxtar Respublikanın iqtisadiyyatı, turizm imkanlarını əhatə edən “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya da var. Müsabiqəyə təqdim olunacaq ən yaxşı materiallar tanınmış jurnalistlər və alimlərdən ibarət xüsusi komissiya tərəfindən yoxlanılacaq və qaliblər müəyyən ediləcək.