İqtisadiyyat

Çində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə konfrans keçirilib

07-02-2018 | 11:01        

  

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkələrarasında ticari əlaqələrin genişlənməsinə müsbət təsir edəcək. Bu fikir Pekində "Bir kəmər, bir yol”  təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda səslənib.

Azərbaycanın İqtisadiyyat Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda bu ölkənin müvafiq dövlət quurmları, 400-dən çox nəqliyyat-logistika, beynəlxalq ticarət, ixdal-ixrac şirkətinin nümayəndələri iştirak edirdi. Çinin kommersiya nazirinin müavini Van Şouven bildirdi ki, konfransda əsas məqsəd əlaqələrimizi genişləndirmək eləcə də Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviq etməkdir. "Bir kəmər, bir yol”  strategiyası barədə məlumat verən Çinin nazir müavini diqqətə çatdırdı ki, ötən il layihənin əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsi və qarşılıqlı investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. O həmçinin 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun qədim İpək Yolunun Qafqaz hissəsinə yeni həyat bəxş etdiyini, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan hökumətlərinin ciddi səyləri ilə Çin ilə Avropa arasında yeni fəaliyyətə başlayan dəmir yolu marşurutunun əhəmiyyətini vurğuladı. İqtisadiyyat naziri Şahin Mustafayev Çinin "Bir kəmər, bir yol”  təşəbbüsünün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin bu strategiyanı dəstəkləyən ilk dövlətlərdən olduğunu dedi. Bildirdi ki,  Azərbaycan hökümətinin məqsədi "Trans-Xəzər Tranzit Dəhlizi"ni "Bir kəmər, bir yol”  layihəsinə inteqrasiya etməkdir. Dəhlizin rəqabət qabiliyyəti barədə danışan nazir Şahin Mustafayevin szölərinə görə  siyasi-iqtisadi sabitlik və təhlükəsizlik, coğrafi-iqtisadi, məsafə və vaxt baxımından əlverişlilik onun başlıca üstünlükləridir.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək İpək Yolunun keçəcəyi ölkələrdə iqtisadi-ticarət, sosial və mədəni inkişaf baxımından xüsusi önəm daşıdığını önə çəkdi. Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili çıxışlarında ölkələrin nəqliyyat infrastrukturu, regional tərəfdaşlığın gücləndirilməsi, Transxəzər dəhlizinin üstünlükləri, dəhliz üzrə daşımaların artırılması imkanları barədə məlumat verdilər. Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olundu. Konfrans işini "Trans-kontinental yük daşımalarındakı üstünlüklər" və "Bir Kəmər, bir Yol” təşəbbüsü boyunca vahid regional tranzit və logistika infrastrukturu" mövzularında panel iclaslarında davam etdirdi.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirakı ilə

Azərbaycan-Çin biznes forum da keçirildi. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı. Bildirdi ki, iki ölkənin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir. Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya işləri idarəsinin baş direktoru Luo Veidonq ölkəsinin Azərbaycan ilə  əlaqələrə böyük əhəmiyyət verdiyini dedi. Tədbirdə Azərbaycanın tranzit potensialına və “Ekspo 2025" Sərgisinə Bakının namizədliyi ilə bağlı videotəqdimata da baxıldı. Biznes-forum çərçivəsində Azərbaycanın "AS Group Investment" şirkəti və Çinin "China CAMC Engineering Co Ltd" şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

Azərbaycan nümayəndə heyətinin İpək Yolu Fondunun prezidenti Vanq Yanci ilə görüşündə isə Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı imzalanan "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənədin müvafiq sahədə əməkdaşlıq üçün rolu vurğulandı.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR