Siyasət

Almaniya Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır

07-02-2018 | 10:20        

  

Almaniya Azərbaycanla münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində maraqlıdır. Bu fikirlər iki ölkə arasında aparılan siyasi məsləhətləşmələr zamanı səsləndirilib. Almaniya  Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyaya dair xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşke  hesab edir ki, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq  və səfərlər əlaqələrin daha da intensivləşməsinə xüsusi töhfə verir. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu da vurğulanıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməməsi  ciddi narahatlıq doğuran məsələlərdəndir. Dünya birliyinin bu problemə biganə yanaşmaması və məsələnin tezliklə həll olunması tələbi irəli sürülüb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR