İqtisadiyyat

TAP layihəsi üzrə Yunanıstan və Albaniyada işlərin 65 faizi yekunlaşıb

07-02-2018 | 10:17        

  

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutu üzrə işlərin 65 faizi yekunlaşıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. 

“Trans-Adriatik” qaz boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 500 kilometr uzunluğunda boru xətti artıq cəkilib. TAP AG şirkətinin yaydığı məlumata görə, Yunanıstan və Albaniyada layihə üzrə işlərin-mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 65 faizi yekunlaşıb. Boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib, 473 kilometr boru xətt boyunca düzülüb, 457 kilometr boru qaynaqlanıb. Albaniyada isə boru kəməri marşrutu boyunca 168 kilometr ərazi təmizlənib, 163 kilometr boru xətt boyunca düzülüb, 157 kilometr borunun qaynağı tamamlanıb. Kəmərin Yunanıstan və Albaniya hissəsində ərazinin 90 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan əlavə, marşrut üzrə boruların 80 faizi qaynaq edilib. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsində müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edən TAP-ın  ümumi dəyəri 4,5 milyard avro olacaq.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR