İqtisadiyyat

İqtisadiyyatda innovasiyaların tətbiqi

07-02-2018 | 10:14        

  

Müasir dünyamızda inkişafın yeni mərhələsinin səciyyəvi xüsusiyyəti insan sivilizasiyasının sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçidi sayılır. Bu isə, hər şeydən əvvəl elm və texnikanın həyatın bütün sahələrinə güclənməkdə olan təsiri, irimiqyaslı sosial-iqtisadi və tarixi dəyişikliklərə aparan elmi-texnoloji irəliləyişlərlə əlaqədardır. Azərbaycan üçün də  yeni iqtisadi mərhələdə  istehsalın intellektləşdirilməsi çıxış edir, yəni, ÜDM artımı əsasən elmtutumlu məhsul və xidmətlərin buraxılışı və reallaşdırılması hesabına əldə olunacaq.

Qloballaşma prosesi iqtisadi münasibətlərin dinamikasını da sürətləndirib. Yalnız bu dinamikaya zamanında adaptasiya olan iqtisadiyatlar baş verən yeniliklərin bəhrələrindən faydalana bilirlər. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da baş verən prosesslərə adekvat reaksiya göstərərək zamanında ona uyğunlaşmağı, beləliklə, mənfi təsirləri minimuma endirməyi hədəfləyir. Bu isə innovasiyaların tətbiqini zəruri edir. Davos İqtisadi Forumunda çıxışı zamanı məhz bu məsələyə toxunan Prezident İlham Əiyev Azərbaycanın gələcək inkişafında innovasiyanın  rolunu belə xarakterizə etmişdi. “Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır”.  Sitatın sonu. Dünya təcrübəsi göstərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Sözügedən texnologiyalar həmçinin, əhalinin sosial-iqtisadi vəziyyətində müşahidə olunan çətinliklərin həlli, başqa sözlə, yoxsulluq səviyyəsinin azaldılması üçün tutarlı vasitələrdəndir. Bu isə imkan verir ki, ölkənin  malik olduğu iqtisadi potensial daha da gücləndirilsin  və  neftdən asılı olmayan dayanıqlı iqtisadiyyat formalaşdırılsın. İnnovasiya yalnız o cəmiyyətlərdə yaranır ki, orda güclü elm və təhsil bazası formalaşdıra biliblər. Məhz, neft gəlirlərinin insan kapitalına çevrilməsini prioritet elan edən prezident İlham Əliyevin səyi nəticəsində qısa müddət ərzində Azərbaycan elminin bazası gücləndirildi. Bununla da ölkədə elm mərkəzlərinin iqtisadi sferaya inteqrasiyasına start verildi. "Azərbaycan-2020 Gələcəyə baxış" və ölkə iqtisadiyyatının modernləşdirilməsi konsepsiyası hesab edilən Strateji Yol Xəritələrində də innovasiya təşəbbüslərinin dəstəklənməsi, ideyaların itehsala tətbiqi və sonda bazara çıxarılmasına imkan yaradır. Bu baxımdan Azərbaycanda ilk dəfə elan edilən Respublika İnnovasiya Müsabiqəsi də yaşından, sosial statusundan asılı olmayaraq hər bir şəxsin  innovtiv ideyalarının iqtisadi, sosial və ekoloji sferaya yönəldilməsini hədəfləyir. Ümumilikdə, innovativ ideya yalnız mövcud modellərin daha da, təkminləşdirilməsini nəzərdə tutur. Bu isə təkcə iqtisadi deyil, həm də qeyd etdiyimiz kimi sosial və ekoloji sferaya öz müsbət təsirlərini göstərir. Misal üçün, bir müəssisədə yeniliyin tətbiqi ilə istehsalın keyfiyyətini yaxşılaşdırmaq, son nəticədə istehlakçıların sağlamlığına xidmət edir. Bu isə, özlüyündə həmçinin, səhiyyə üzərində də təzyiqləri azaltmış olur. BMT tərəfindən elan edilən 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq baxımından da məhz, innovasiyaların tətbiqi əsas prioritetlərdəndir. Deməli Azərbaycan höküməti innovasiyaların dəstəkləməklə həm də Dayanıqlı İnkişaf Məqsədləri kimi ali məqsədə öz töhfəsini verir. Bu gün Azərbaycan üçün əsas prioritetlərdən biri də, ölkədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir. Sözügedən sferada innovasiyaların tətbiqi, istehsal prosesslərinin təkmilləşdirilməsi, KOS-ların rəqabət qabliyyətini artırmaqla yanaşı, onların bazara daha rəqabətli məhsul çıxarmaqlarına imkan yaradır. İnnovasiyaların tətbiqi eyni zamanda xammal, təbii resurlardan istifadə kimi vacib amillərin optimallaşdırılmasına gətirib çıxarır. Bu gün əsas iqtisadi təhlillər göstərir ki, iqtisadiyyatda mərkəzi fiqur sayılan novator-sahibkar əsas rola malikdir. Bu isə, o deməkdir ki, sahibkarlıq subyektləri reaktiv düşüncə tərzini, proaktiv düşüncə tərzinə dəyişməklə, innovasiyalara açılmalı və sənaye axınından faydalanmalıdırlar. Hansı ki, ABŞ, Finlandiya, Yaponiya və digər güclü sənayeyə malik ölkələr bu mövqeyə yalnız daimi innovasiyaların tətbiqi nəticəsində gəlib çatıblar. Başqa sözlə, innovasiyaların dəstəklənməsi təkcə Azərbaycan iqtisadiyyatına deyil, eyni zamanda patentləşdirilərək digər ölkələrə də ixrac edilə bilər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR