Siyasət

MSK növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin etdi

07-02-2018 | 09:05        

  

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Komissiyanın qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri  2018-ci il aprelin 11-nə təyin olunub.

Əvvəlcə MSK sədri Məzahir Pənahov Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış etdi. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi məsələsinə baxıldı. Komissiyanın qərarı ilə seçkilər 2018-ci il aprelin 11-nə təyin olundu. İclasda seçki qanunvericiliyində nəzərdə tutulan tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı təsdiq edildi. Komissiyanın iclasında seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxıldı. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradıldı. Qanunvericilikdə nəzərdən tutulan müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olundu. İclasda həmçinin, növbədənkənar Prezident seçkilərində namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilən sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edildi. Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR