Siyasət

Prezident İlham Əliyevin “İnkişaf – məqsədimizdir” çoxcildliyinin 51-ci cildi çapdan çıxıb

07-02-2018 | 08:54        

  

Prezident İlham Əliyevin oxuculara təqdim olunan “İnkişaf-məqsədimizdir” çoxcildliyinin 51-ci cildində dövlət başçısının 2012-ci ilin aprelindən iyul ayınadək olan dövrdəki çıxış və nitqləri, bəyanat və müsahibələri, məktub və məruzələri, müraciətləri dərc olunub.

Yeni kitabda ölkə rəhbərinin Azərbaycanın uğurla aparılan daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin müasirləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, ictimai-siyasi həyatın digər sahələrinə dair tövsiyələri də öz əksini tapıb. Yeni cilddə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına, Rusiya Federasiyasına, Türkiyə Respublikasına rəsmi və işgüzar səfərlərindən, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfəri zamanı Azərbaycanın dünyada artan nüfuzundan, beynəlxalq təşkilatlarda göstərdiyi yüksək fəallığından, eyni zamanda ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişafından, enerji və qeyri-neft sektoruna aid müqavilələrdən, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsindən bəhs olunur. Bu cilddə, dövlət başçısının Naxçıvan Muxtar Respublikasına və ölkəmizin digər bölgələrinə səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar da toplanıb.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR