İqtisadiyyat

Qafqazın ən böyük kimya kompleksi “SOKAR Polymer” məhsul istehsalına başlayacaq

07-02-2018 | 08:51        

  

Bu ilin aprelində Qafqazın ən böyük və ən müasir kimya kompleksi “SOKAR Polymer” zavodu məhsul istehsalına başlayacaq. Gələn ildən tam gücü ilə işləyəcək müəsissədə ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilenin istehsal olunacaq. Bu da daxili ehtiyacları ödəməklə yanaşı, həm də böyük ixrac potensialı yaradacaq.

Ölkəmizdə sənayeləşmənin yeni innovativ metodları əsasında qurulan müəsissə Qfqazın ən böyük kimya kompleksidir. Burdakı istehsal texnologiyaları Avstriya və Kanada istehsalı olan avadanlıqlardır. Hazırda tikinti işlərində 3 minədək insan çalışır. Ən əsası zavodun istehsalı hesabına respublikamızda çox ciddi  yeni sənaye sahələri yaradılacaq. Kompleksə qoyulan ümumi investisiyanın həcmi 778 milyon ABŞ dollarıdır. Bu günədək tikinti işlərinin ümumilikdə 90 faizdən çoxu başa çatdırılıb. Layihə iki böyük qurğunun – polipropilen və yüksək sıxlıqlı polietilen qurğusunun inşa edilməsini və ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilenin istehsal olunmasını nəzərdə tutur.

Bakı Biznes Mərkəzində “SOCAR Polymer” kompleksinin perspektivləri barədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Sənayedə yerli xammaldan idxalı əvəz edən istehsalın genişlənməsi” mövzusunda dəyirmi masa keçirildi. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də sənaye parklarının və məhəllələrinin salınmasıdır. Tədbirdə Sumqayıtda faəliyyət göstərən Kimya Sənaye Parkının rezidenti -  “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsulların sahibkarlar tərəfindən xammal kimi istifadə imkanlarından danışıldı, yeni sahibkarlıq subyektlərinin yaranmasında, bu da yeni iş yerlərinin açılmasında, ixrac potensialının genişlənməsində əhəmiyyəti vurğulandı.

“SOCAR Polymer” MMC-nin şöbə müdiri Vüqar Aslanov qeyd etdi ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. “SOCAR Polymer” layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılacağı planlaşdırılır. Xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq.

Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Quliyev və iş adamları çıxış edərək “SOCAR-Polymer” MMC-nin əhəmiyyətini vurğulayaraq, gələcəkdə həmin müəssisənin ətrafında klasterlərin yaradılması imkanları barədə danışıb.

Tədbirin sonunda “SOCAR-Polymer” kompleksindəki movcud vəziyyətlə bağlı təqdimat oldu, sahibkarları maraqlandıran suallar cavablandırıldı.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR