Cəmiyyət

“Azərişiq” ASC-də müşavirə keçirilib

07-02-2018 | 08:47        

  

Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan son konfransda çıxışından irəli gələn vəzifələrlə bağlı “Azərişıq” ASC-nin geniştərkibli iclas keçirilib.

Regionların 2014-2018-ci illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında xüsusi yer tutan sahələr arasında qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün Azərişıq ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülür. “Sırf kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kV-luq yarımstansiyalar tikilib və yüksək gərginlikli hava xətləri çəkilib. Eyni zamanda Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 ədəd yeni Aqroparkların elektrik təchizatlarını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın melorasiya, su təsərrüfatına aid nasosxana və subartezan quyuların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə lazım olan bütün tədbirlər görülür, yeni KTM-lər qurlaşdırılır, hava xətləri yenilənir”.”Azərişıq” ASC yaradıldıqdan sonra regionların sosial-iqtisadi inkişafı, abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlərin statistikası göstərir ki, bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 3 mindən artıq 10-6 kV-luq TM və KTM qurlaşdırılıb. 20  min km yaxın müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. 350 min ədədə yaxın dayaq basdırılıb. 300 min elektron tipli sayğac quraşdırılıb. Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaqlığını təmin etmək məqsədiylə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 km-dən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılır. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1 %-dən 10,1%-ə endirilib. “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN” kommunal mərkəzləri ilə birgə fəaliyyəti nəticəsində abunəçilər “ASAN xidmət” və “ASAN”  kommunal mərkəzlərində 10-dan artıq xidmətlərdən yararlana bilirlər. Artıq regionlardakı “ASAN” xidmət mərkəzlərində əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün sadələşdirilmiş və daha sürətli prosedurlar həyata keçirilir”. Bu haqda danışan “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirdi ki, prezident İlham Əliyevin elektroenergetika sahəsinə xüsusi diqqətinin sayəsindədir ki, 2003-cü ildən başlayaraq Respublikanın generasiya gücü fantastik həddə - 3000 MVA artırılıb. Ölkə başçısının sərəncamı ilə Yeni Yaşma və Şurabad Külək Elektrik Parklarının “Azərişıq” ASC-nin balansına verilməsi Səhmdar Cəmiyyətin kollektivinə göstərilən böyük etimaddır və ciddi məsuliyyətdir. Daha sonra  “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru Ziyəddin Quliyev, İnkişaf və  İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov, Tədris Mərkəzinin direktoru Vüqar Əliyev, Perspektiv İnkişaf və “Asan Xidmət”lə iş İdarəsinin rəisi Elsevər Rüstəmli, Azərişıq ASC-nin  Şimal, Şimal-Qərb, Aran, Mərkəzi-Aran RETSİ-lərinin rəisləri də görülən işlərlə bağlı məruzə etdilər. Sonra, müzakirələr aparılıb, tapşırıqlar verildi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR