Bölgələr

Dünya gənclər festivalı davam edir

18-10-2011 | 18:40        

  

Gəncədə keçirilən Dünya Gənclər Festivalının əsas məqsədlərindən biri də 1 həftəlik proqrama daxil edilən mövzuların səmərəli müzakirəsi və gənclərin müasir ictimai-siyasi proseslərdə aktivliyinin artırılmasıdır.  Müzakirələrdən əlavə müxtəlif ölkələri təmsil edən gənclər arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirən görüşlər də təşkil olunur. 

Dünya Gənclər Festivalında iştirak etmək üçün Gəncədə toplanan iştirakçılar müasir regional və beynəlxalq münaqişələr və onların həllində gənclərin rolu kimi mövzularda müzakirələrə qatılıblar. Gənclər münaqişələrə və onlara təsir mexanizmlərinə yanaşma metodlarından danışıblar.

40 ölkədən 120 gənc  tanışlıq və təbliğat xarakterli bir sıra görüşlər də keçirir. Gəncə Festivalında iştirakçı ölkələrin nümayəndələrinin təqdimatında milli mətbəx və sənət nümunələri, turizm məqsədli braşurlar və video təqdimatlar nümayiş olundu. Sərgi şou proqramla davam etdi. Musiqili axşamda müxtəlif xalqlara məxsus rəqslər maraqla qarşılanıb. Festival çərçivəsində iştirakçılar şəhərdə yerləşən Gəncə Şərab 2 Açıq Səhmdar Cəmiyyətində də olublar. Bundan başqa gənclərin Şəmkir, Tovuz, Şəki və Qəbələ rayonlarına da səfərləri təşkil ediləcək.