Siyasət

Əməyin gələcək sferasına dair beynəlxalq konfrans keçirilib

06-02-2018 | 14:32        

  

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” təşəbbüsündə fəal iştirak edir. Bakıda keçirilən “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” beynəlxalq konfransda dünyanın aparıcı həmkarlar ittifaqlarının birgə fəaliyyətinin səmərəliliyindən danışılıb.

“Əməyin gələcəyi” konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır. “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” adlı beynəlxalq konfransda bu məsələ müzakirə edildi. “Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır”-deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev  ölkəmizdə  həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində sosial-iqtisadi islahatların yeni mərhələsinə başlandığını diqqətə çatdırdı. O, hazırda dünyada  davam edən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirdi.  Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanan Layiqli Əmək üzrə Ölkə Proqramı haqqında da məlumat verən Səttar Möhbalıyev bunun  sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti addım olduğunu vurğuladı. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio  əməyin gələcək sferası ilə bağlı müzakirələrin vacibliyi bildirdi. O, gənclərin peşələrə cəlb olunmasında, gender bərabərsizliyinin aradan qaldırılmasında Həmkarlar İttifaqlarının xidmətlərindən danışdı. BƏT-in Moskva Bürosunun nümayəndəsi Qoça Aleksandria da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq etdiklərini, bir sıra birgə layihələrə imza atdıqlarını dedi. Onun sözlərinə görə, əsas məsələlərdən biri də məşğulluğun artırılmasına nail olmaqdır. Beynəlxalq Əmək Təşkilatının əməyin gələcəyi təşəbbüsündə demoqrafik perspektivlər, miqrasiya prosesləri və təhsil imkanlarının genişləndirilməsinin  əsas rol oynadığı da bildirildi.  Konfrans dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri kimi mövzular ətrafında panellərlə davam etdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR