Cəmiyyət

Xətai rayonunda sosial layihələrin icrası davam etdirilir

06-02-2018 | 13:20        

  

Paytaxtın Xətai rayonunda ötən il ərzində bir sıra layihələr reallaşdırılıb. Dövlət başçısının tapşırığı əsasında əhalinin mənzil şəraitinin yaxşılaşdırlması, yeni iş yerlərinin yaradılması görülən işlərin tərkib hissəsidir.

Son illərdə paytaxtın Xətai rayonunda quruculuq-abadlıq işlərinin genişlənməsində, yeni iş yerlərinin yaradılmasında, önəmli sosial layihələrin reallaşdırılmasında uğurlar qazanılıb. Təkcə ötən il ərzində 8 mindən çox yeni iş yeri yaradılıb. Yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Xətai RİH məqsədyönlü işlər aparır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həlli ilə bağlı verdiyi tapşırıqlara əməl olunur. Hesabat ilində bir sıra təhsil müəssisələrinin inşası, əlavə tədris korpuslarının tikintisi işləri davam etdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evində uşaqların istirahəti və vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Xətai Rayon Polis İdarəsinin  yeni inzibati binası istifadəyə verilməsi də görülən işlər sırasındadır. İDEA İçtimai Birliyi  Xətai Rayon İcra hakimiyyəti ilə birgə”Abad həyət-Sağlam həyat” layihəsi çərçşivəsində rayonun bir sıra yaşayış məhəllələrində nümunəvi həyətlər salınıb, abad məhəllələr yaradılıb. “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışı da, yeni salınan parkın, inşası və abadlığı başa çatan məhəllələrin istifadəyə verilməsi ötən il görülən işlərdəndir. Babək prospektində aparılan yenidənqurma işləri də maşın və piyadaların rahat, təhlükəsiz hərəkətinə yönəlib. Yaponiya - Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində Xətai rayonu Heydər Əliyev Parkında Yaponiyanın məhşur “Va-Liqa” musiqi qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib.Ötən il ərzində rayonda görülən işlərlə bağlı məlumat verən rayon icra hakimiyyəti başçısı Razim Məmmədov diqqətə çatdırdı ki, cari il ərzində müxtəlif sahələri əhatə edəcək layihələrin reallaşdırılması dövlət başçısının qarşıya qoyduğu ən başlıca vəzifələrdəndir. Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Səməd Seyidov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, rayonun idarə müəssisə rəhbərləri həyata keçirilən layihələrin ölkənin simasının gözəlləşdirilməsinə və əhalinin rifahının yaxşlıaşdırlmasına yönəldiyini diqqətə çatdırdılar. Görülən işləri yüksək qiymətləndirdilər...

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR