Xarici xəbərlər

Mişel Barnye “Breksit”dən sonrakı dövrdə ticarət məhdudiyyətləri ilə bağlı xəbərdarlıq edib

06-02-2018 | 13:16        

  

Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye Londonda Böyük Britaniyanın baş naziri Tereza Mey və “Breksit” məsələləri üzrə naziri Devid Devislə görüşüb. Görüşlərdən sonra verdiyi açıqlamada qurum rəsmisi bildirib ki, Britaniya Avropa İttifaqı ilə “Breksit”dən sonrakı ticarət tərəfdaşlığı məsələsinə dair mövqeyinə aydınlıq gətirməlidir. Mişel Barnye xəbərdarlıq edib ki, Britaniya gömrük ittifaqından çıxmaqda israr edəcəyi təqdirdə, Avropa İttifaqı ilə ticarət məhdudiyyətləri qaçılmaz olacaq. O, Britaniya üçün seçim etmək vaxtının çatdığını vurğulayıb. Britaniyanın “Breksit” məsələləri üzrə naziri Devid Devis isə hökumətin mövqeyinin aydın olduğunu bəyan edib. Nazir azad ticarət razılaşması və gömrük sazişinin əldə olunmasını istədiklərini bildirib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR