İqtisadiyyat

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub

06-02-2018 | 10:51        

  

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub.

Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 1,3 milyard dollar vəsait ayıracaq. Bundan “Şahdəniz” layihəsinə 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 milyon dollar, TANAP layihəsinə 728 milyon dollar, TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur. 40 milyard ABŞ dolları sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr olan, 4 seqmentdən ibarət “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illər üzrə tələb olunan 11,5 milyard ABŞ dollarından bu ilin əvvəlinədək 8,7 milyardı yəni 76 faizi investisiya edilib. 2017-ci ildə isə Cənub Qaz Dəhlizi layihələrində Cənub Qaz Dəhlizinin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 2,3 milyard dollar məbləğində sərmayə qoyulub. Avropa İttifaqı üçün prioritet enerji layihəsi olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Layihə çərçivəsində indiyədək “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin 99 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib. Bundan başqa, TANAP qaz boru kəmərinin inşası üzrə işlərin 91 faizi, TAP kəmərinin tikintisinə dair işlərin isə 65 faizi icra edilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR