İqtisadiyyat

Qaz təchizatı dövlətin sosial öhdəliklərindən biridir

06-02-2018 | 09:04        

  

Ölkə ərazisində qazlaşdırmanın səviyyəsi 93 faizə çatdırılıb. İlin sonuna qədər isə mavi yanacaqla təminatın 95 faizə çatdırılması planlaşdırılır. Dövlət başçısının tapşırıqlara əsasən buna nail olunub. SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biri kimi qiymətləndirilib.

2010-2017-ci illərdə ölkədə genişmiqyaslı yeni qazlaşdırma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10 min 536 km təşkil edirdisə, “Azəriqaz” İstehsalat Birliyinin SOCAR-ın tərkibində fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxtda 48 min 558 km yeni qaz kəməri çəkilib. 9 min 101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb. Nəticədə əhalinin qazla təminatı 93%-ə çatdırılıb. Bütün bunlar dövlət başçısının vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyyələrinə uyğun icra  edilib. Qaz xətlərinin çəkilişi zamanı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Bu barədə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunan müşavirdə  məlumat verilib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev  bildirib ki, “Azərbaycan dövləti ölkə əhalisinin qazla təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir. Qeyd olunub ki, “Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Prezident İlham Əliyevin tapşırığı ilə qazlaşdırma xərcləri tamamilə dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada, qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir. Ölkə başçısı bu il bu məqsədlə Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında tapşırıq verib. Bu tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması ilin əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. 

““Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan da sonra təmir-bərpa işlərinin daha sürətli və səmərəli keçirilməsini proqnozlaşdırmağa əsas verir” deyən “Azəriqaz” İstehsalat Birliyinin  rəhbəri Əkbər Hacıyev vurğulayıb ki, Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranan qaz itkilərinin azaldılması istiqamətində qurum tərəfindən radikal addımların atılması zəruridir. Cari ildə itki səviyyəsinin 7,9%-a qədər endirilməsi də başlıca hədəfdir. ASAN Kommunal mərkəzinin “Azəriqaz”la əməkdaşlığı isə kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR