Siyasət

Azərbaycan Hökuməti və BQXK arasında 2000-ci il 1 iyun tarixli sazişin uzadılması ilə bağlı imzalanma mərasimi keçirilib

06-02-2018 | 09:02        

  

Ədliyyə  nazirliyində Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli sazişin qüvvədəolma müddətinin uzadılması haqqında protokol imzalanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə  insan haqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, penitensiar sistemdə məqsədyönlü islahatlar aparılır və bu sahədə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq mövcudur”. Bu barədə Ədliyyə naziri Fikrət Məmmədov Komitənin  Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Sessera ilə görüşdə dedi. Nazir dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən əhatəli qanunvericilik və institusional tədbirlərdən də bəhs etdi. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Sessera yaradılan faydalı və məhsuldar əməkdaşlıq üçün Azərbaycan Hökumətinə minnətdarlığını bildirdi. Görüşdə həmçinin uzun illər Beynəlxalq Qızıl Xaç Komitəsi ilə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu. Qeyd edildi ki, cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının sayında kəskin azalma müşahidə edilib. Bu sahədə əldə olunan təcrübə ilə tanışlıq məqsədi ilə son illər 17 dövlətdən 200-dən çox nümayəndənin ölkəmizə səfər etdiyi bildirildi. Sonra Ədliyyə nazirliyində Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun  tarixli sazişin qüvvədəolma müddətinin uzadılması haqqında protokol imzalandı. Sənədi dövlət başçısının Sərəncamına əsasən Azərbaycan Hökuməti adından ədliyyə naziri Fikrət Məmmədov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Sessera imzaladılar.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR