Cəmiyyət

Sənaye üsulu ilə xalça istehsalında yeni texnologiyaların tətbiqi məhsuldarlığı artırıb

06-02-2018 | 08:58        

  

Ölkəmizin bütün bölgələrində xalçaçılığın inkişafı üçün münbit şərait yaradılıb. Ölkə başçısının sərəncamı ilə “Azərxalça” ASC yaradıldıqdan sonra isə xalça və xalça məmulatlarının istehsalı, ixracı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində əsaslı dönüş baş verdi. Dünya bazarlarında xalçalarımıza olan tələbat isə onun sənaye üsulu ilə istehsalını da stimullaşdırdı.   

Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə geniş şəkildə təbliğ olunur. Artan tələbat isə bu sahədə yeni üsulların tətbiqinə şərait yaradır. Hazırda sənaye üsulu ilə istehsal olunan xalçalara yerli və dünya bazarlarında böyük ehtiyac var. Bu gün ölkəmizin ayrı-ayrı guşələrində bu qədim el sənətinin sənaye üsulu ilə istehsalına da başlanılıb. “Dadaş N” müəssisəsi də xalçaçılıq ənənələri yaşatmaq üçün daim yenilik axtarışındadır. İstehsal imkanlarını bazarın artan təlabatına uyğun olaraq günbəgün yeniləyir. Bu zaman Azərbaycanda mövcud olan xalçaçılıq məktəblərinə məxsus ənnənələrin yaşadılması da diqqətdə saxlanılır. Vaxtıilə 15 nəfər işçi ilə qurulan bu müəssisədə indi 120-yə qədər mütəxəssis. fəhlə çalışır.

Xalçaçılıq müəssisəsində yeni texnologiyaların tətbiqinə də üstünlük verilir. “Dadaş N” müəssisəsi istehsalatda əsasən Belçika avadanlıqlarından istifadə edir. Məhz bu səbəbdəndir ki, indi firmanın istehsal etdiyi xalçalar Rusiya, Çin, Pakistan və digər iri ölkələrin bazarlarını bəzəyir və sifarişlərin sayı artmaqda davam edir.

Dövlət başçısının göstərişinə əsasən xarici xammaldan asılılığı azaltmaq məqsədi ilə  Sumqayıtdakı əyirici boyaq fabrikinin təməlinin  qoyulması, Polimer zavodunun istifadəyə verilməsi xalçaçılıqda yeni imkanlar açıb. Müəsisə bu zavodlardan alacagı xammaldan polipropilen xalı istehsalı üçün yeni istehsal sahəsini qurmaq niyyətindədir. Artıq layihə hazırdır və yeni müəssisənin tikintisinə bu iln yazında start veriləcək.