Bölgələr

Muğanın bərəkətli torpağı: Saatlı

05-02-2018 | 13:04        

  

Ötən il Saatlı 26 min tona yaxın pambıq tədarük etməklə respublika üzrə lider olub. Prezident İlham Əliyevin rayona vaxtaşırı səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşləri də əhalidə yüksək əhval-ruhiyyə yaradıb. Nəticədə Saatlıda pambıqçılıqla yanaşı digər sahələrdə də inkişafına nail olunub.

Prezident İlham Əliyevin pambıqçılığın inkişafına xüsusi diqqət ayırması, bu istiqamətdə yaradılan hərtərəfli şərait pambıq əkininə marağı xeyli artırıb. Bunun nəticəsi olaraq 2017-ci ildə ölkə üzrə “ağ qızıl” istehsalı 200 min tonu keçib. Saatlı isə dövlət başçısının proqnozlaşdırdığı kimi pambıq tədarükündə birinci olub. Pambıqçılıq sahəsində böyük təcrübəyə və ənənəyə sahib rayon istehsalçıları  ötən il tarlalardan  26 min tona yaxın pambıq yığıblar.

Pambıq əkininə və yığımına 13 minə yaxın yerli sakin cəlb olunub. Bu isə o deməkdir ki, pambıqçılığın yenidən dirçəldilməsi həm də əməkqabiliyyətli əhali üçün geniş məşğulluq imkanı yaradıb.

Fermerlər bu il pambıq sahələrini bir qədər də genişləndirmək qərarına gəlib. Bundan ötrü rayonun yüksək təcrübəsi və geniş imkanları var. Pambıq istehsalının artması emal müəssisələrinin də işini irəli salıb.

Əkin sahələrinə can verən, pambıqçılıq üçün vacib olan su sarıdan da Saatlıda çətinlik yoxdur. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır.

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Saatlıda ötən il pambıqçılıqla yanaşı digər strateji sahələrdə də artım qeydə alınıb. QRAFİKA 73 min tona yaxın buğda, 11 min tona yaxın arpa tədarük olunub. Heyvandarlıq sahəsində də artım var. 7200 tona yaxın diri çəkidə ət,  39 min tona yaxın  süd istehsal edilib. Rayonda ümumi məhsul istehsalının həcmi sənaye üzrə 2,1 dəfə, ticarət üzrə 17,5, kənd təsərrüfatı üzrə 13,6 faiz artıb. Özəl sektora qoyulan investisiyaların böyük qismi kənd təsərrüfatının inkişafına yönəldilib. BOBSLEY: Barlı-bərəkətli Muğan torpağının bir parçası olan Saatlı təkcə aqrar sahədə əldə etdiyi uğurları ilə deyil, həm də yeni növrağı ilə göz oxşayır. Ölkə Prezidenti İlham Əliyev son 7 ildə rayona 6 dəfə səfər edib, əhali ilə görüşüb,  görülən işlərlə yaxından tanış olub. Hər  səfər yeni obyektlərin açılışı ilə yadda qalıb.

Gələcəyimiz olan uşaqların yüksək şəraitdə təhsil alması da  diqqətdə saxlanılır. Son illər rayonda 14 yeni məktəb binası tikilib, 22-i əsaslı təmir olunub, maddi-texniki baza möhkəmləndirilib. Artıq Saatlıdakı əksər məktəb və baxçalar ən müasir tələblərə cavab verir.

Məktəblərin yenilənməsi təhsilin keyfiyyətinə də müsbət təsirini göstərib. Ötən il 147 məzun Ali məktəbə qəbul olunub. Onlardan  14-ü 600-dən çox bal toplayıb. Bu günün bacarıqlı məzunu sabahın peşəkarıdır. Belə mütəxəssislər Saatlı səhiyyəsində yetərincədir. Odur ki, rayonda əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması prosesi uğurla həyata keçirilir.  BOBSLEY: Saatlıda reallaşan tikinti quruculuq işlərinə  yaşayış binalarının təmiri də daxildir. Bununla yanaşı küçə və prospektlərin yenilənməsi, işıqlandırılması istiqamətində də əməli işlər görülüb. Müxtəlif ərazilərdə həyata keçirilən yaşıllaşdırma tədbirləri isə rayonun müasir görünüşünə əlvan çalarlar qatıb. Saatlı indi abad yolları ilə də göz oxşayır. 2017-ci ildə uzunluğu 39 km olan Saatlı - Sarıcalar - Qara - Nuru - Şirinbəyli - Fətəlikənd - Azadkənd avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.  Uzunluğu 14 km olan, Saatlı - Musalı - Dəlilər - Novruzlu avtomobil yolunun tikintisi də yekunlaşıb. Beləcə hər kəs  rayonun ən ucqar kəndlərində belə vüsət alan abadlıq-quruculuq ünvanlarına, sosial müəssisələrə, bir sözlə, mənzil başına rahat və zaman itirmədən çatır.

Əhalinin fasiləsi elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması da bu sahələrdə köklü dönüş yaradıb. Ötən il Saatlı şəhərinin su təchizatının yenilənməsi işləri başa çatdırılıb. Bununla yanaşı rayonun 6 kəndində ümumilkdə 50 bulaq tipli su qurğusunu quraşdırılıb. Əhalinin mavi yanacaqla təminatına gəlincə... Saatlının 44 yaşayış məntəqəsindən 33-ü, eləcədə Əlisoltanlı kəndində 230 evdən ibarət məcburi köçkün qəsəbəsi qazlaşdırılıb. Abonentlərin dayanıqlı elektrik enerjisi ilə təminatı da diqqət mərkəzində olub. Son bir ildə rayonun Sarıcalar kəndi ərazisində yerləşən elektrik yarımstansiyası yenidən inşa edilib. Saatlı yarımstansiyası da yenidən qurularaq istifadəyə verilib. Bundan başqa...

Belə təminat ən müxtəlif sahələr üzrə tam, insanlarsa həvəsli və güvənlidirlər. Çünki dövlətin gücünə, Prezident İlham Əliyevin hər addımda vətəndaşının qayğılarına həssaslıqla yanaşaraq, onu qısa zamanda həll edəcəyinə əmindirlər. Elə bunun sayəsində son bir ildə  Saatlıda bütün istiqamətlər üzrə uğurlu nəticələr əldə olunub. Muğan düzünün bu bərəkətli torpağında istər rayon mərkəzinin, istərsə də kəndlərin siması sürətlə dəyişib. Yeni iş yerlərinin açılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün bunlar isə Saatlını ölkənin inkişaf etmiş rayonları sırasında qərarlaşdırıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR