İqtisadiyyat

Bu ilin sonuna mavi yanacaqla təminatın 95 faizə çatdırılması planlaşdırılıb

05-02-2018 | 12:56        

  

Hazırda  ölkə ərazisində qazlaşdırma 93 faizə çatdırılıb. İlin sonuna qədər isə mavi yanacaqla təminat 95 faizi üstələyəcək.

Əhalinin və istehsal müəssisələrinin mavi yanacağa olan tələbatı artmaqdadır. Bu tələbin ödənilməsi məqsədi ilə Dövlət Proqramına əsasən ən ucqar bölgələrdə də qaz boru xəttlərinin çəkilişi ilə istiqamətində layihələri həyata keçirilir. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, hazırda bu rəqəm 93 faizə çatdırılıb. İndi  bütün şəhərlər və rayon mərkəzləri, o cümələdən əksər rayonların bütün yaşayış məntəqələri 100 faiz mavi yanacaqla təmin edilir. Qaz xətlərinin çəkilmədiyi ərazilər isə relyef çətinliyi və ya ev təsərrüfatının az olması ilə bağlıdır.  Dövlət başçısının tapşırığına əsasən qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılacaq. Bu məqsədlə dövlət büdcəsində Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Qeyd edək ki, yalnız ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün 1886 km yeni qaz kəməri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir edilib.

Ötən il həm də fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 575 ədəd texniki şərt verilib. 2018-ci ildə yeni bina evlərinə də təbii qazın verilişi  davam etdiriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR