Cəmiyyət

Bir il ərzində 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib

05-02-2018 | 12:48        

  

Ölkə əhalisinin işlə təminatı, yeni iş yerlərin yaradılması dövlətin əsas priroritet istiqamətidir. Bu çərçivədə əlilliyi olan şəxslərin aktiv məşğulluğa cəlb edilməsi istiqamətində də mühüm addımlar atılır.

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı dövlət tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. 2017-ci ildə Dövlət Məşğulluq Xidmətləri tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib. 432 nəfər əlilliyi olan şəxs isə peşə hazırlığına cəlb edilib. Onlardan bir hissəsi Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında müəssisələrdə kvota üzrə ayrılan iş yerlərində işlə təminatı həyata keçirilib. Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib. Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər  verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb ki, onlardan 60 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Qeyd olunan insanların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılmasında onların peşə reabilitasiyası xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə son bir ildə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Həmin şəxslərdən 82 nəfəri üçün Xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR