İqtisadiyyat

Böyük Britaniya Azərbaycandakı neft-qaz proqramına 2016-2017-ci illərdə 1,3 milyard funt sterlinq ayırıb

05-02-2018 | 12:23        

  

“Azərbaycan neft-qaz ölkəsi kimi Böyük Britaniya hökumətinin Beynəlxalq Ticarət Departamentinin diqqətini cəlb edir”. Bu barədə Departamentin Azərbaycanda işləmək niyyətində olan şirkətlər üçün nəzərdə tutulan "Overseas Business Risk–Azerbaijan" hesabatında bildirilib. Hesabatda ölkəmizin turizm, kənd təsərrüfatı və digər sahələrinin də Böyük Britaniyanın marağında olduğu vurğulanır.

Azərbaycan Böyük Britaniyanın neft-qaz proqramının reallaşmasında uğurlu ölkələrdən biridir. Bu barədə məlumat Böyük Britaniya Beynəlxalq Ticarət Departamentinin Azərbaycanda işləmək niyyətində olan şirkətlər üçün nəzərdə tutulan "Overseas Business Risk – Azerbaijan" hesabatında yer alıb. Hesabatda 2016-2017-ci illərdə Böyük Britaniya hökumətinin Azərbaycanda "Oil & Gas High Value Campaign" proqramının reallaşdırılması çərçivəsində 1,3 milyard funt sterlinq ayırdığı qeyd olunur. Bildirilir ki. neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının ən böyük sahəsidir və bu səbəbdən Böyük Britaniya hökumətinin Beynəlxalq Ticarət Departamentinin diqqətini cəlb edir. Azərbaycan HVC proqramının reallaşdırıldığı ikinci ölkədir. 2015-ci ilin oktyabrından bu proqramın dəstəklənməsi üçün Beynəlxalq Ticarət Departamenti Azərbaycan İqtisadiyyat Nazirliyi, BP və SOCAR şirkətləri ilə birgə iki ölkə arasında tərəfdaş proqramını icra edir. Proqramın reallaşdırılması nəticəsində 65 saziş imzalanıb. Bildirilir ki, 2017-ci il sentyabrın 14-də BP SOCAR və digər tərəfdaşlarla birgə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişi imzaladılar və mövcud sazişin müddəti 2050-ci ilədək uzadıldı. Bu saziş Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən və yeni əməkdaşlıqda maraqlı olan Britaniya şirkətləri üçün əhəmiyyətli biznes əlaqələrinin qurulmasına gətirib çıxaracaq. Digər əsas müqavilələr isə boru kəmərinə aiddir. Neft-qaz sektorundan əlavə Beynəlxalq Ticarət Departamenti Azərbaycanda səhiyyə, təbii ehtiyatların hasilatı, bərpa olunan enerji, kənd təsərrüfatı, turizm və təhsil səviyyəsində iştirak etməkdə də maraqlıdır. Beləliklə də bu kimi hesabatlar bir daha onu göstərir ki, Azərbaycanın təşəbbüskarı olan layihələr regionun enerji xəritəsini dəyişməkdədir. TANAP layihəsinin bu il işə düşməsi Avropanın enerji təhülkəsizliyində mühüm rol oynamaqla yanaşı, eləcə də ölkəmizin siyasi-iqtisadi mövqeyini möhkəmləndirəcək, regionun lider dövləti kimi əhəmiyyətini daha da artıracaq. Hazırda  Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə işlərin icrası plana uyğun davam edir. Azərbaycan təkcə enerji deyil, həm də yerləşdiyi coğrafi mövqedən istifadə edərək, beynəlxalq yüklərin daşınmasında kəsişmə nöqtəsinə çevrilir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun region ölkələrinin sosial-iqtisadi inkişafında müstəsna rolu danılmazdır. Bununla da Azərbaycan ən qısa marşrutlar-Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərini formalaşdırmaqla, həm də bu sahədə alternativ seçim imkanlarını yaradır. Digər tərəfdən öz tranzit potensialını tam gücü ilə işə salmaqla, ölkənin sosial-iqtisadi inkişafında dayanıqlılığı təmin etmiş olur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR