Cəmiyyət

Fənn olimpiadalarının birinci mərhələsində 33 mindən çox şagird iştirak edib

05-02-2018 | 12:19        

  

Ölkəmizin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Bakıda 14 müxtəlif mərkəzdə təşkil olunan olimpiadaya 6 mindən çox, Naxçıvan Muxtar Respublikasından isə 700-dək şagird qatılıb. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7 və 8-ci sinif şagirdləri də öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Olimpiadanın rayon (şəhər) mərhələsində məktəblilərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər mart ayında təşkil ediləcək olimpiadanın respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR