Siyasət

Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər Strasburqda müzakirə olunur

05-02-2018 | 12:09        

  

Avropa Parlamentində Azərbaycanla bu qurum arasında əməkdaşlığın inkişafına dair məsələlərin müzakirəsinə başlanılıb. Bununla bağlı Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Fransada səfərdədirlər. Səfər çərçivəsində Avropa Parlamentində bir sıra görüşlər də nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar var. TAP layihəsinin müəyyən edilən qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir.