Xarici xəbərlər

Ermənistandan miqrasiya edənlərin sayı artıb

05-02-2018 | 12:06        

  

Ermənistanda işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldıra bilmir. Bu da miqrasiya tempini sürətləndirib. Ölkə vətəndaşlığından imtina edənlərin də sayı xeyli artıb.

Ağır iqtisadi sosial şəraitin hökm sürdüyü Ermənistandan miqrasiya edənlərin sayı artıb. Ermənistan milli statistika xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin məlumatına görə ölkədə daimi əhalinin sayı kəskin azalıb. Çünki xaricə üz tutanların böyük əksəriyyəti geri qayıtmırlar. Ötən il 26 min nəfərə yaxın Ermənistan vətəndaşı Rusiyada vətəndaşlıq alıb. Son 10 ildə 27 000 erməniyə  isə ABŞ-da vətəndaşlıq  verilib. Yerli mediya yazır ki, əhalinin xaricə kütləvi axını hazırkı rejimin dövründən daha geniş vüsət alıb.  Ölkədən axın edənlərin böyük əksəriyyəti gənclərdən ibarətdir. Onlar Ermənistan kimi perspektivsiz yerdə yaşamaq istəmədiklərini, burada gələcəklərini görmədiklərini bildirirlər. Sonrakı sıralarda 40-50 yaş arasında vətəndaşlar gəlir. “Jamanak” qəzeti isə yazır ki,  Avropa Birliyinin bir sıra ölkələrində sığınacaq almaq ermənilər üçün çətinləşdirilib. Əvvəllər erməniləri belə imkandan yalnız Belçika məhrum edirdisə, indi Almaniyaya, Avstriyaya və Niderlanda getmək istəyən Ermənistan vətəndaşları oxşar münasibətlə qarşılaşırlar.    Ermənistan vətəndaşları bununla razılaşmırlar. Yaxşı yaşayış üçün ölkə xaricini seçənlər bu maneələrin onların taleyinə zərbə vurduğunu düşünürlər. Doğulduqları ölkə cəhənnəmi xatırlatdığı üçün Ermənistan vətəndaşları  ölkədən baş götürüb qaçmaqdan başqa çarə görümürlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR