Siyasət

Qazaxıstan Parlamenti Məclisinin sədri TürkPA-nın Bakıda yerləşən inzibati binasında olub

02-02-2018 | 16:33        

  

Ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin Bakıda yerləşən inzibati binasında olub.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının mənzil-qərargahında əvvəlcə qurumun fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldu. Sonra qonaqlar burada yerləşən  kitabxana ilə  maraqlandılar, eksponatlara baxdılar.TürkPA-nın inzibati binasının həyətində parlament sədrləri dostluq və qardaşlıq rəmzi olan ağaclar əkdilər.