Siyasət

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq protokolu imzalanıb

02-02-2018 | 16:21        

  

“Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, sosial sferada da əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Hər iki ölkə sosial sahədə böyük təcrübəyə malikdir”. Bu fikirlər Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın 9-cu iclasında səslənib. İclas çərçivəsində tərəflər arasında əməkdaşlıq istiqamətlərini nəzərdə tutan protokol imzalanıb.

“Azərbaycan və Türkiyə arasında qardaşlıq, tarixi yaxınlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələr daim inkişaf edir. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir”, - deyən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri, birgə reallaşdırılan strateji layihələr dövlətlərimiz arasında əlaqələri daha da möhkəmləndirir. Nazir əmək və sosial müdafiə sahələri üzrə də qarşılıqlı faydalı əlaqələrinin qurulduğunu bildirdi. Son illər ölkəmizdə əmək və sosial müdafiə sistemi sahəsində aparılan islahatlar, həyata keçirilən aktiv əmək bazarı proqramları barədə məlumat verildi. İclas çərçivəsində imzalanacaq əməkdaşlıq protokolunun əhəmiyyətindən danışıldı.

Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın qurulduğunu deyən Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu təmsil etdiyi sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı. Türkiyəli nazir Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan inkişafyönümlü islahatları maraqla izlədiklərini və rəğbətlə qarşıladıqlarını dedi.   

Toplantıda Komissiyanın 8-ci iclasının Protokolunda müəyyən edilən vəzifələrin icrası istiqamətində görülən işlərin nəticələri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu. Sonda tərəflər arasında əməkdaşlıq istiqamətlərini nəzərdə tutan protokol imzalandı.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR