Siyasət

2018-ci ildə ölkədə 2 min 300 kilometr avtomobil yolu yenidən qurulacaq

02-02-2018 | 15:14        

  

2018-ci ildə ölkədə 2 min 300 kilometr avtomobil yolunun yenidən qurulması nəzərdə tutulur. Bu o deməkdir ki, 3 milyondan çox əhalinin yaşadığı 600 yaşayış məntəqəsinin avtomobil yolları ən müasir tələblər səviyyəsinə qaldırılacaq.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bu məsələni cari ilin prioritetlərindən biri olduğunu deyib.

Son 14 ildə 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Bu il təqribən 15 min kilometr yol çəkiləcək. Dövlət başçısı bildirdi ki, bu uğurlar Azərbaycanın yol infrastrukturu tarixində son 100 ildə heç vaxt qeydə alınmayıb. Bu prezident İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf strategiyasının məntiqi nəticəsidir. Mütəxəsisslərin hesablamalarına görə, yol xərcləri məhsulun maya dəyərində 35 faizə qədər qalxa bilir. Əgər avtomobil yolu rahat və əlverişlidirsə, bu xərclər 10-15 faiz azalır. Ona görə də  Azərbaycan dövləti avtomobil yollarının ən müasir tələblər səviyyəsində yenidən qurulmasına önəm verir. Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 1335 kilometr uzunluğunda avtomobil yolu yenilənib, yaxud əsaslı təmir olunub. 3 milyon insanın yaşadığı 500 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları ən müasir tələblər səviyyəsində qurulub. Bunun 313 kilometri respublika, 888 kilometri yerli, 133 kilometri isə paytaxt yollarıdır. Son bir ildə isə respublikamızın avtomobil yollarında 15 yeni körpü tikilib, 9-u əsaslı təmir edilib. 2017-ci ildə respublikanın avtomobil yollarının inkişafı istiqamətində görülən işlər hazırda uğurla davam etdirilr. Ümumilikdə, ötən il 34 rayonda 68 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Görülən işlərin hamısı yerli maliyyə mənbələri hesabınadır. Bu, həm də Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Təsadüfi deyil ki, "The World Economic Forum" beynəlxalq təşkilatının reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib, dünya ölkələri arasında isə yollarına görə 50-ci yerə layiq görülüb. Rusiya bu siyahıda 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qərarlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu uğurların davamı üçün daha böyük layihələr üzərində çalışır. Məqsəd odur ki, yaxın bir neçə ildə Azərbaycanda bütün avtomobil yolları beynəlxalq tələblər səviyyəsində qurulsun. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində perspektiv planların icrası məqsədi ilə keçirilən yığıncaqda bütün bu məsələlər geniş müzakirə olunub. 2018-ci ilin daha məsuliyyətli il olduğunu deyən Agentliyin sədri Saleh Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə çatmaq üçün qurumun üzərinə böyük vəzifələr düşür. Bu il, ümumilikdə 100-dən artıq yol-infrastruktur layihəsi icra olunacaq. Bunun 63-ü regionları əhatə edir. Bu isə o deməkdir ki, ölkə başçısı regionların inkişafına xüsusi diqqət ayırır. Çünki regionlarda yaradılan müasir infrastruktur, həm kənd təsərrüfatının sürətli inkişafına təminat yaradır, həm sənayeləşmənin regionlara köçürülməsinə stimul verir, həm də turizm sektorunun inkişafına əlavə dəstək olur. Ümumilikdə, 2018-ci ildə 2 min 300 kilometr avtomobil yolunun yenidən qurulması nəzərdə tutulur. Bu hesaba da 3 milyondan çox əhalinin yaşadığı 600 yaşayış məntəqəsinin avtomobil yolları ən müasir tələblər səviyyəsində yenidən tikiləcək. Magistral yolların inşası davam etdiriləcək. Hazırda Bakı-Qazax yolunun Mingəçevir stansiyasından başlayaraq Bəhrəmtəpə istiqamətində və Ələt-Astara birinci dərəcəli avtomobil yolunun tikintisi uğurla davam etdirililir. Bakı-Şamaxı-Muğanlı birinci dərəcəli avtomobil yolunun 2 zolaqlıdan 4 zolaqlıya genişləndirilməsi üçün tikinti işləri aparılır. Qeyd olundu ki, magistral yolların bir qismi bu il istifadəyə veriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR