Siyasət

Qazaxıstanla Azərbaycan arasındakı münasibətlər iki ölkənin dostluq və qardaşlığını nümayiş etdirir

02-02-2018 | 14:30        

  

“Qazaxıstanla Azərbaycan arasındakı münasibətlər iki ölkənin  dostluq və qardaşlığını nümayiş etdirir. Bizim ölkələrimizin əməkdaşlığının inkişafı üçün böyük potensial və geniş imkanlar var”. Bu sözləri ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Milli Məclisdə deyib.

Azərbaycan Cənubi Qafqaz regionunda Qazaxıstan üçün təkcə  strateji tərəfdaş deyil, həm də dost və qardaş ölkədir. Bunu deyən  Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin müstəqillik qazandıqdan sonra ölkələrimizin qurduğu diplomatik əlaqələri yüksək qiymətləndirdi. Azərbaycan Xalq Cumhiriyyətinin və parlamentarizm ənənələrinin 100 illiyi münasibəti ilə xalqımızı  təbrik etdi. Qazaxıstanla Azərbaycanın tarixi dostluq və qardaşlıq münasibətlərindən danışaraq əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrimzin inkişafına, xalqlarımızın rifahının yüksəlişinə xidmət etdiyi dedi. Dövlət başçılarınn yaxın münasibətlərinin, qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rolunu vurğuladı. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana sonuncu rəsmi səfərini, burada imzalanan sənədləri əlaqələrimizin inkişafında mühüm hadisə kimi dəyərləndirdi. Əlaqələrimizin daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu və bu istiqamətdə müvafiq addımların atıldığını dedi. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsinin iqtisadi əməkdaşlığın inkişafına böyük təsir göstərdiyini vurğulayaraq bu layihənin Asiya məhsullarının dünya bazarına çıxarılmasında böyük rolunu qeyd etdi. Ötən il Qazaxıstanda keçirilən “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın yüksək səiyyədə təmsil olunduğunu və ziyarətçi sayı çox olan milli pavilyonumuzun böyük maraqla qarşılandığını dedi. Nurlan Niqmatulin Qazaxıstanda yaşayan Azərbaycan diasporunun ölkənin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirak etdiyini də bildirdi. Sonra Qazaxıstanın spikeri dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlarımız arasındakı  dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə təltif olunan “Şərəf “ ordenini Milli Məclisinin sədri Oqtay Əsədova təqdim etdi. Milli Məclisin sədri Oqtay Əsədov belə  yüksək qiymətə görə təşəkkürünü bildirərək ölkələrimiz, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bundan sonra da addımlar atılacağını dedi.

İki ölkənin qanunverici orqanlarındakı işçi qruplaırn birgə toplantısında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev bu səfərin əməkdaşlığın inkişafına yaxşı töhfə verəcəyinə əminliyini bildirdi. Qazaxıstan Parlamenti Məclisində azərbaycanla İşçi qrupun rəhbəri Omarxan Oksibayev parlametarilərmizin beynəlxalq qurumlarda, xüsusilə  də Türkdilli Ölkələrin Parlament Assambelasyında səmərəli əməkdaşlıq etdiyini dedi. Ölkələrimz arasında əməkdaşlğın inkişafı üçün yaxşı hüquqi bazanın yaradıldığını vurğularaq qanunverici orqanların bu məsələyə böyük diqqət yetirdiyini söylədi. Görüşdə iqtisadi, humanitar, mədəniyyət sahələrində mövcud əməkdalğa dair də geniş fikir mübadiləsi aparıldı.