Cəmiyyət

Gənclər cəmiyyətimiz üçün dəyərli sərvətdir

02-02-2018 | 14:28        

  

Bakı Ali Neft Məktəbin2 fevral-Gənclər Günü münasibətilə tədbir keçirildi. Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən Ali Neft Məktəbinin rektoru Elmar Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu bildirdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Ali Neft Məktəbinin fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar mühəndislər yetişdirməkdir. Prezident yanında Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu  təhsil ocağının ölkədə yüksək ixtisaslı mütəxəssis hazırlığına böyük töhfələr verdiyini bildirdilər. Tədbirdə müxtəlif yarış, müsabiqə, seminar və konfranslarda iştirak edən tələbələr mükafatlandırıldı. Tədbir bədii hissə ilə yekunlaşdı.