Xarici xəbərlər

Bundestaq miqrantların ailələri ilə birləşməsinə qoyulan qadağanın müddətini uzadıb

02-02-2018 | 10:39        

  

Almaniyada olan miqrantların ailələri ilə birləşməsinə qoyulan qadağanın müddəti uzadılıb. Müvafiq qərar parlamentin aşağı palatası - Bundestaqda qəbul olunub. Parlamentin 376 üzvü qanunun lehinə, 298 üzvü əleyhinə səs verib. Qərara əsasən Almaniyada tam sığınacaq statusu almamış miqrantların öz ailələrini bu ölkəyə gətirməsinə qoyulan qadağa daha 6 ay müddətinə uzadılır. Səsvermədən bir qədər əvvəl Xristian Demokratlar və Xristian Sosialistlər birlikləri bloku və Sosial Demokratlar partiyası məsələ ilə bağlı yeni qaydaları razılaşdırıblar. Avqustun 1-dən qüvvəyə minəcək qaydalara əsasən Almaniyada məhdud qorunma altında olan miqrantlar öz ailələrini bu ölkəyə gətirə biləcəklər. Lakin bu rəqəm hər ay 1000 nəfərlə məhdudlaşacaq. Prosesin tənzimlənməsinin təfərrüatları yeni hökumət formalaşdırıldıqdan sonra müzakirə olunacaq.