Xarici xəbərlər

Ermənistanda sosial problemlər həll olunmur

02-02-2018 | 10:33        

  

Dərin böhranın hökm sürdüyü Ermənistanda əlil vətəndaşların hüquqları  addımbaşı pozulur. Hökumət binası qarşısında aksiya keçirən fiziki məhdudiyyətli şəxslər  ölkənin Əmək və sosial təminat nazirliyinin ən çox korrupsiyalaşmış struktur olduğunu iddia edirlər.

Ermənistanda illərdir əlillərin problemləri həllini tapmır. Ölkənin müxtəlif bölgələrindən gələn fiziki məhdudiyyətli vətəndaşlar hökumətdən gileylənirlər.  Aksiya iştirakçılarının sözlərinə görə  əlil olduqları üçün işə götürülmürlər. Ölkədə belə şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində isə heç bir layihə həyata keçirlmir. İctimai nəqliyyatda  onların rahatlığını təmin etməklə bağlı qanun layihəsi olsa da bu istiqamətdə hələ də əməli iş görülməyib. Ona görə də bu qəbildən olan şəxslər   özlərini cəmiyyətin yararsız fərdi hesab edərək mənəvi əzab çəkirlər. Çünki, ailələrinə maddi dəstəkləri yoxdur, əvəzində isə müalicələrinə çoxlu pul tələb olunur. Etirazçılar bildirirlər ki, Ermənistanın Əmək və sosial təminat nazirliyi ölkədə  ən çox korrupsiyalaşmış strukturdur. Bu qurum əlilləri arabalarla təmin etmir,   protezlərini dəyişmək üçün isə regionlardan paytaxta gəlib günlərlə növbə gözləməli olurlar. Əksər hallarda protez mərkəzinin qapıları bağlı olur. Əmək və sosial təminat nazirliyinin əlillərlə iş şöbəsinin rəisi Artur Kesoyan etirazçılara bildirib ki, hələ bir neçə il əvvəl bu məsələ ilə bağlı tender elan ediblər. Nə yerli nə də xarici təşkilatlar onlarla əməkdaşlıq etmək istəmir. Bu səbəbdən də maddi baza günün tələblərinə cavab vermir. Aksiya iştirakçıları isə deyirlər ki, əgər hökumət korrupsiyaya bu qədər qurşanmasaydı hər kəs Ermənistanda iş qurmağa maraqlı olardı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR