Siyasət

Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir

02-02-2018 | 10:20        

  

Azərbaycan İtaliya üçün istehsalçı ölkə kimi xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Roma Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır. İtaliya şirkətləri ölkəmizin turizm, kənd təsərrüfatı və sənaye potensialını yüksək qiymətləndirirlər.

Azərbaycan İtaliya əlaqələri bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. Münasibətlərin daha da genişlənməsi və yeni sahələri əhatə etməsi üçün böyük imkanlar var. İtaliyalı sərmayədarlar, xüsusilə ölkəmizin qeyri-neft sektoruna investisiya yatırmaqda, Azərbaycan məhsullarını Avropa bazarına çıxarmaqda maraqlıdırlar.

Azərbaycan eyni zamanda İtaliya vətəndaşları üçün ən maraqlı turizm istiqamətlərindən birinə çevrilib. Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən, hər iki mədəniyyətin incilərini özundə birləşdirən ölkəmiz italiyalıların böyük marağına səbəb olur.

İqtisadi, ticarət, mədəniyyət əlaqələrinin inkişafı, ölkəmizin tərəfdaş kimi potensialının tanıdılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına şərait yaradır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı, Dağlıq Qarabağda törədilən cinayətlər İtaliya cəmiyyətində həssaslıqla qarşılanır.

2018-ci ildə İtaliya Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək bir sıra layihələrin reallaşdırılması planlaşdırılır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edilməsi, İtaliyada keçiriləcək sərgi və forumlarda ölkəmizin təmsil olunması və digər tədbirlər nəzərdə tutulur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR