İqtisadiyyat

Qusara gələn turistlərin sayı 3-4 dəfə artıb

02-02-2018 | 10:04        

  

Şimal rayonlarına qarın yağması bölgəyə gələn turistlərin sayına ciddi təsir göstərib. Son günlərdə təkcə Qusara adi günlərlə müqayisədə 3-4 dəfə çox turist gəlib. Hazırda Şahdağ turizm mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır.

Xizək mövsümü açılandan “Şahdağ” Turizm Mərkəzinə xeyli sayda turist üz tutub. Son günlər isə istirahət kompleksinin qonaqlarının sayı adi günlərlə müqayisədə 3-4 dəfə artıb. Qış nağıllarını xatırladan  füsunkar məkan həftəiçi hər gün 600-1000 arası qonaq qəbul edir. Şənbə-bazar günlərində isə bu rəqəm 2500-3500 nəfərədək yüksəlir. Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayondakı otel və qonaq evlərinin 90 faizi əvvəlcədən sifariş olunub. Əcnəbi turistlər arasında Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər daha çoxdur.

Əcnəbi qonaqlarla yanaşı yerli turistlərin sayı da artıb. Otellərdə yer tapa bilməyən qonaqlar kənd turizminin xidmətlərindən yaralanırlar. Havanın qarlı, məktəblilərin də qış tətilində olması səbəbindən hələ yaxın bir neçə gündə də bölgəyə turist axınının olacağı proqnozlaşdırılır. 

Turistlərin istirahətini mükəmməl təşkil etmək üçün hazırda  Şahdağ turizm mərkəzi var gücü ilə çalışır. Burda 11 lift və 13 sürüşmə yamacı xizək və snoubord həvəskarlarının ixtiyarındadır. Bununla yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi bir neçə növdə qış əyləncələri də fəaliyyət göstərir. Habelə qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına da artıq start verilib. Bunlarla  yanaşı uşaqlar da yaddan çıxmayıb. Onların istirahətini yaddaqalan üçün müxtəlif əyləncələr və konsert  proqramları təşkil olunub. Hazırda Şahdağ Turizm mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır. “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və xarici turistlərin bura cəlb olunması məqsədilə Rusiya, Ukrayna, Belarus, Türkiyə və Qazaxıstanın olan turizm şirkətləri ilə işgüzar əlaqələr qurulub, infoturlar təşkil edilib və müqavilələr imzalanıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR