Mədəniyyət

Vyanada Fərhad Bədəlbəylinin yubiley konserti olub

02-02-2018 | 08:52        

  

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq Artisti Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə Vyanada yubiley konserti olub. Görkəmli musiqiçinin yubiley konsertində klassik bəstəkarların musiqiləri səslənib.

Avstriyanın paytaxtı Vyanada tanınmış Azərbaycan musiqişünası Fərhad Bədəlbəylinin yubiley konserti olub. Bu ölkədəki  Azərbaycan Mədəniyyət  Mərkəzinin  təşkilatçılığı ilə baş tutan konsertdə mərkəzin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, Fərhad Bədəlbəyli soy-kökü Qarabağla sıx bağlı olan tanınmış yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət beşiyi olan Qarabağ və onun Şuşa şəhəri Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında Bədəlbəyli nəsli önəmli yer tutur. Leyla Qasımova bildirib ki, yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi aləmi ilə sıx bağlayıb. Hələ gənc yaşlarından beynəlxalq musiqi festivallarında uğurla çıxış edən pianoçu  1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rektorudur. Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edən musiqiçi həm pedaqoji, həm də ifaçılıq fəaliyyətini uğurla davam etdirir.

Sonra yubilyar Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə ilə eyni səhnəni bölüşüb. “İki fortepiano və orkestr üçün konsert”də musiqiçiləri Vyana Kamera Orkestri müşayiət edib. Həmçinin  İohan Sebastyan Baxın “İki fortepiano üçün konsert”ini və Sergey Raxmaninovun “İki fortepiano üçün 2 nömrəli süita”sını  əsərləri ifa edilib. Tamaşaçıların sürəkli alqışları ilə keçən konsertdə Fərhad Bədəlbəylinin “Dəniz” və Tofiq Quliyevin “Qaytağı” əsərləri də səsləndirilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR