Siyasət

Türkiyə nümayəndə heyəti Milli Məclisdə bir sıra görüşlər keçirib

02-02-2018 | 08:50        

  

Türkiyənin Əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə bir sıra görüşlər keçirib.

“Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir və dünya üçün nümunəvidir”. Türkiyənin Əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Milli Məclisin sədri Oqtay Əsədov belə dedi. Bildirdi ki, əlaqələrin möhkəmlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı səfərləri mühüm əhəmiyyətə malikdir. Ölkələrimiz arasında indiyədək imzalanan 213 sənəd də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. Əmək və sosial müdafiə naziri kimi ilk səfərini Azərbaycana etdiyini deyən Jülide Sarıeroğlu müxtəlif sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirdi.

Qonaqlar Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşdülər. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, komitə sədri Səməd Seyidov dedi ki, ölkələrimiz bir-birinin mövqeyini hər zaman, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində müdafiə edir. Qonaq isə vurğuladı ki, Türkiyə təhlükəsizliyin qorunması və terrorizmlə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR