Xarici xəbərlər

Karles Puçdemon İspaniyanın Kataloniya regionunun müstəqilliyi uğrunda səylərin iflasa uğradığını etiraf edib

01-02-2018 | 12:37        

  

İspaniyanın Kataloniya regionunun sabiq lideri Karles Puçdemon regionun müstəqilliyinin təmin olunması səylərinin iflasa uğradığını etiraf edib və öz silahdaşlarını onu qurban verməkdə günahlandırıb. Puçdemon Kataloniyanın sabiq səhiyyə naziri Toni Kominlə şəxsi yazışmalarında yaranmış vəziyyəti bu cür şərh edib. “Telesinko” telekanalının yaydığı yazışmalara əsasən hazırda Belçikada olan sabiq hökumət rəhbəri qondarma Kataloniya respublikasının son günlərini yaşadığını, İspaniya hökumətinin planının qalib gəldiyini bildirib. Böhtan, şayiə və yalanların onun nüfuzuna xələl gətirdiyini deyən Karles Puçdemon ömrünün qalan hissəsini öz reputasiyasını qorumağa həsr edəcəyini yazıb. Yayılan məlumatlara münasibət bildirən sabiq Kataloniya lideri bu yazışmaların ona aid olduğunu təsdiqləyib. Bununla belə, Puçdemon özünü katalonları təmsil etmək üçün hələ də ən yaxşı namizəd kimi gördüyünü vurğulayıb. Qeyd edək ki, yanvarın 30-da Kataloniya parlamentinin Karles Puçdemonu regional hökumətinin rəhbəri postuna təsdiq edəcəyi gözlənilsə də, iclasdan bir neçə saat əvvəl spiker səsverməni təxirə salıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR