Xarici xəbərlər

Ermənilər rusiyalı politoloq Sergey Markovu açıq şəkildə hədələyirlər

01-02-2018 | 12:18        

  

Rusiya Federasiyası Dövlət Dumasında “Faşizmin və neonasizmin dirçəldilməsinə qarşı mübarizəyə dair qanunvericilik aspektləri” mövzusunda keçirilən dəyirmi masa Ermənistanda gərginlik yaradıb.  Nasiszmi açıq-aşkar təbliğ edən rəsmi İrəvan Qaregin Njdeyə abidə ucaltmaqlarına haqq qazandırmağa çalışır. Rusiyada isə düşünürlər ki, milyonlarla insanın faciəsinə səbəb olan belə şəxslərin qəhrəmanlaşdırılması yolverilməzdir. Bununla bağlı artıq Dövlət Dumasında İrəvanın mərkəzində Qaregin Njdeyə məxsus abidənin sökülməsi ilə bağlı imzatoplama aksiyasına başlanılıb.  Sənədə qısa müddətdə 200 min imza atılıb. Aksiyaya Rusiya Syasi Araşdırmalar İnstitutunun direktoru  Sergey Markov rəhbərlik edir. Politoloqun sözlərinə görə  nasizmin təbliğatı çox böyük siyasi səhvdir. Sitat “əslində prinsip çox sadədir. Bu və digər hallarda Hitler rejimi ilə əməkdaşlıq edənləri parlaq şəxsiyyət kimi göstərmək olmaz. Çünki, Faşist Almaniyası ilə əlaqələr  təsdiqləyir ki, onlar pisliyin təzahürünə çevrilib və dəhşətli vəhşiliklərin səbəbkarı olublar.  Bu səbəbdən  hesab edirəm ki, siyasətçilər tərəfindən faşizm ənənələrinin həddindən artıq təbliğ olunması böyük səhvlərə yol açır” Sitatın sonu. Politoloqun sözləri Ermənistanda birmənalı qarşılnamayıb. Sosial şəbəkələr və media üzərindən Markova hücum edənlər açıq şəkildə onu hədələyirlər. Buna münasibət bildirən politoloq deyir ki, bu cür hücumların əsas səbəbi həddini aşan millətçiliyin  nəticəsidir. “Mənə qarşı olan təhdidlər təəssüfləndirici və arzuolunmazdır. Bu cür münasibətə son qoyulmalıdır. Çünki, bu həm də rus xalqına qarşı hücum deməkdir. Rusiya xalqının mövqeyi isə tam aydın və dəqiqdir. Onlar tələb edirlər ki, Hitler rejimi ilə əməkdaşlıq edənlərin qəhrəmana çevrilməsinə son qoyulmalıdır. Mən də rus xalqının iradəsinə tabeyəm”, - deyə Markov əlavə edib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR