İqtisadiyyat

Bu ilin iyunundan Şarja-Qəbələ-Şarja reysi həyata keçiriləcək

01-02-2018 | 10:35        

  

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən Bakıya uçuşlar həyata keçirən Air Arabia avia-şirkəti bu ilin iyunundan Qəbələyə birbaşa reyslər təşkil edəcək. Yerli medianın rəyinə görə, uçuş nöqtələrinin sayının artırılması Körfəz regionunda Azərbaycana artan marağın nəticəsidir. 

George Mouhavi - Turizm koordinatoru (Livan):

- Azərbaycan dünyanın müxtəlif regionları kimi Yaxın Şərqin də diqqət cəlb edən turizm ünvanlarından biridir. Əmirliklərə məxsus hava limanları təkcə öz vətəndaşlarının yox, bütün ərəb ölkələrindən olan turistlərin Azərbaycana səyahətini təmin edir. Bu baxımdan uçuşların sayının və istiqamətinin çoxaldılması Azərbaycana artan marağın nəticəsidir.

Şərif Əl Basil - “Əl Fəcr” qəzetinin Baş redaktoru (BƏƏ):

- Regionumuzun insanlarını Azərbaycana cəlb edən əsas xüsusiyətlər 4 mövsüm füsunkar təbiət və müasir infrastrukdur. Sadələşdirilmiş viza rejimi və ictimai təhlükəsizliyin təminatı da vacib məqamlardır. Bakıda, Qəbələdə və digər regionlarınızda səmərəli istirahət üçün hər cür şərait var.