İqtisadiyyat

İqtisadiyyata qoyulan sərmayələrin 50 faizi xarici investisiyaların payına düşür

01-02-2018 | 10:32        

  

Keçən il ölkə iqtisadiyyatına qoyulan 14,6 milyard dollar sərmayənin təxminən 50 faizi xarici investisiyaların payına düşür. Azərbaycanda qeydiyyata alınan kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub. Son 13 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb. Şirkətlərin daha çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır. Xarici şirkətlərin 32,1 faizi Türkiyəyə məxsusdur. Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da az deyil. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınıb. Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR