İqtisadiyyat

Ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir edən amillərdən biri - yol infrastrukturu

01-02-2018 | 10:24        

  

Ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir edən amillərdən biri də yol infrastrukturudur. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Elə, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yol infrasturkturu məsələləri başlıca müzakirə mövzularından biri oldu.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. Son 14 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Belə ki:

- 6-sı beynəlxalq olmaqla 7 hava limanı tikilib, çox böyük təyyarə parkı yaradılıb və 20-ə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir;

- Bütün magistral yollar beynəlxalq standartlar əsasında yenidən qurulub;

- Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması yaradılıb;

- Ölkədə müasir gəmiqayırma zavodu bütün növ və ölçülərdə gəmi tikmək imkanındadır;

- Dəmiryol infrastrukturu müasirləşdirilir və ölkə ərazisinin tam əksəriyyətini  əhatə edir;

- Xəzər regionunda ən nəhəng limanlardan olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazasının ilin sonuna kimi tam istismara veriləcəyi gözlənilir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda avtomobil yolları, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Nəticədə formalaşan logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilir, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 faizədək birbaşa artıma təsir göstərir. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafiyada yerləşməsi Avrasiya məkanın ticarət dövriyyəsində öz payını artırmağa imkan verir. Bu məqsədlə Azərbaycanda yol infrastukturunun qurulması əsas hədəflərdəndir. Ən əsası ona görə ki, yol infrastrukturu iqtisadi inkişafa birbaşa təsir edən amildir.

Ümumilikdə son 14 ildə 12300 km yol çəkilib, 443 yeni körpü tikilib, 40 yol layihəsinin icrası 500 kəndin komunikasiya imkanları yaxşılaşdırıb.

2018-ci ilin əsas hədəfi isə çəkilən yolların ümumi uzunluğunu 15 min kilometrə çatdırmaqdır. Bununla paralel olaraq il ərzində daha 600 kəndin kommunikasiya imkanı yaxşılaşdırılacaq. Eyni zamanda Sumqayıtdan Rusiya sərhəddinə qədər yeni yolun çəkilməsidə prioritetlər sırasındadır. Şimal istiqamətində icra ediləcək bu layihə həm də Azərbaycan məhsullarının ənənəvi bazar hesab edilən Rusiyaya ixracını sürətləndirəcək.

Hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarına uyğun olaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər aparılır. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan Qax və Zaqatala rayonlarının 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək. İstifadəyə verilən yolların bir çoxunun açılışında Prezident İlham Əliyevin iştirak etməsi dövlətin insanların rahatlığına və iqtisadiyyatın inkişafına xidmət edən yeni infrastrukturların yaradılmasına yönəltdiyi diqqətin göstəricisidir. Eyni zamanda prezidentin görülən işləri şəxsən yoxlaması layihələrin daha məsuliyyətli icrasına imkan yaradır, gələcək uğurlara böyük stimul  verir.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR