Siyasət

AMEA Rəyasət heyətinin növbəti iclasi keçirilib

31-01-2018 | 17:08        

  

“2017-ci ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  bölmələrində müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatlar aparılıb”. Bu barədə AMEA rəyasət heyətinin növbəti iclasında məlumat verilib.

AMEA rəyasət heyətinin növbəti iclasında akademiyanın prezidenti Akif Əlizadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, ekspert komissiyasına namizədlərin təqdimatları martın 1-dək qəbul olunacaq. Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanovun hesabat məruzəsi dinlənildi. Hesabat dövründə ilk dəfə "Azərbaycan gülöyşəsi" nar sortunun genomunun tam araşdırıldığını bildirdi. Bundan başqa biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi,  məlumat bazalarının yaradılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Qafqaz və Azərbaycan florasına aid yeni aşkar edilən bitki növlərindən bəhs edən akademik Əhliman Əmiraslanov digər mühüm nəticələrdən də danışdı. Azərbaycanda şabalıd ağacından elm üçün yeni patogen göbələk növü, o cümlədən üzüm bitkisi üzərində aparılan tədqiqatlar nəticəsində elm üçün dörd yeni genotip aşkar edilib. Genetik Ehtiyatlar İnstitutu ilə Milli Aviasiya Akademiyasının birgə tədqiqatının nəticəsi olan "Kənd təsərrüfatı bitkiləri toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu" adlı ixtira bir neçə inzibati rayonun təsərrüfatlarında artıq tətbiq olunub. O da, vurğulandı ki, bölmə institutları müxtəlif respublika və beynəlxalq qrant layihələrində də iştirak edib. 37 layihə əsasında tədqiqatlar aparılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR