Xarici xəbərlər

ABŞ Prezidenti Quantanamo həbsxanasının bağlanmayacağını bəyan edib

31-01-2018 | 17:04        

  

ABŞ Prezidenti Donald Tramp ölkənin vəziyyəti ilə bağlı Konqresdə ilk çıxışını edib. O, ölkə iqtisadiyyatı, işsizlik səviyyəsi, terrorizmlə mübarizə, Şimali Koreyanın nüvə proqramı ilə bağlı məsələlərə toxunub. Donald Tramp Şimali Koreyanın nüvə proqramının ABŞ üçün təhlükə törədə biləcəyini, bunun qarşısını almaq üçün maksimum təzyiq göstəriləcəyini bildirib. Miqrasiya məsələsinə xüsusi diqqət ayıran ABŞ Prezidenti sərhədlərin mühafizəsinin təmin olunmasının vacibliyini vurğulayıb. Çıxışı zamanı Donald Tramp Quantanamo hərbi bazasındakı həbsxananın bağlanmayacağını bəyan edib. ABŞ Prezidenti bununla bağlı müvafiq sərəncam imzaladığını qeyd edib. Qeyd edək ki, Quantanamo həbsxanası 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra yaradılıb. Hazırda bu həbsxanada 41 nəfər saxlanılır. Onlar barəsində rəsmi cinayət işi açılmayıb. Bundan əvvəlki Ağ Ev rəhbərliyi Quantanamo həbsxanasını bağlamaq niyyətində olsa da, Konqres buna qarşı çıxmışdı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR