Siyasət

Prezident yanında Gənclər Fondu BMT-nin mükafatına layiq görülüb

31-01-2018 | 16:31        

  

Prezident yanında Gənclər Fondu BMT-nin İnkişaf Proqramı və Bəhreyn Krallığının təşəbbüsü, tərəfdaşlığı ilə təsis edilən “Davamlı inkişafa nail olmaq üçün gənclərin gücləndirilməsi” Kral Hamad mükafatına layiq görülüb. Mükafat gənclərə diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq edən qurumlara verilir. Bu təşəbbüsdə 87 ölkədən dövlət və qeyri-hökumət təşkilatları iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dövlət qurumları nominasiyasında qalib elan olunub. Seçim xüsusi ixtisaslaşmış münsiflər heyəti tərəfindən həyata keçirilib. Qeyd edək ki, Azərbaycan Gənclər Fondu ölkə başçısının Fərmanı ilə yaradılıb. Fondun məqsədi əsası Ulu öndər tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin səmərəli icrasını təmin etməkdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR