Siyasət

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin potensialının gücləndirilməsinə dəstək" adlı tvinninq layihəsi başa çatıb

31-01-2018 | 13:56        

  

Ombudsman aparatı və Avropa İttifaqının həyata keçirdiyi "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin potensialının gücləndirilməsinə dəstək" adlı tvinninq layihəsi başa çatıb. Layihənin yekunlarına həsr edilən konfransda əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Azərbaycan Avropa İttifaqı ilə birgə keçirilən tvinninq layihələrinin sayına görə regionda ilk yeri tutur. Indiyədək 31 layihə başa çatıb, 12-si icra olunur, 2-si isə hazırlıq mərhələsindədir. Bu barədə məlumat verən Ombudsman Elmira Süleymanova bildirdi ki, "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin potensialının gücləndirilməsinə dəstək" adlı 2-illik layihə çərçivəsində insan hüquqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı seminarlar keçirilib. Uşaqların, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının təmininə, ahıllara qarşı ayrıseçkiliyin yolverilməzliyinə dair fəaliyyət proqramı tərtib edilib. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətindən danışan İqtisadiyyat nazirinin müavini Sahil Babayev dedi ki, Azərbaycan quruma üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. 16 üzv ölkə ilə Hökumətlərarası komissiya və işçi qrup fəaliyyət göstərir. “Avropa İttifaqi ilə Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur”. Bunu isə qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas bildirdi. O, vurğuladı ki, yekunlaşan tvinninq layihəsi çərçivəsində 123 mütəxəssis Azərbaycana gəlib, 29 nəfər isə Avropada təlimlərə cəlb olunub. Layihə rəhbərləri Volker Elenberqer və Miroslav Vroblevski, Polşanın Azərbaycandakı səfiri Marek Çalka, Almaniyanın ölkəmizdəki səfirinin müavini Tereza Şönfeld  də layihənin müsbət nəticə verəcəyindən danışdılar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR