Mədəniyyət

Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planı hazırlanıb

31-01-2018 | 13:52        

  

Mədəniyyət və Turizm  Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planı hazırlanıb. Sənəd Büronun “Açıq qapı” günündə təqdim olunub.

“Azərbaycan Konqreslər Bürosu beynəlxalq işgüzar tədbirlər sənayesi ilə əməkdaşlığa dəstək üçün yeni imkanlar yaratmaqla, dövlət və özəl sektordakı tərəfdaşlar şəbəkəsini bir araya gətirir”. Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırdı. Nazir Büronun məqsəd və vəzifələri barədə məlumat verdi. Bildirdi ki, qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətlərini təmin etmək, tərəfdaşların maraqlarını qorumaq, dünya səviyyəli toplantıların Azərbaycanda keçirilməsinə nail olmaq, bununla da ölkə turizminin inkişafına töhfə verməkdir.

Nazir regionlarda yeni iki-üç ulduzlu otellərin yaradılması məsələsinə də münasibət bildirdi. Qeyd etdi ki, özəl sektor bu tip otellərin yaradılmasında fəallıq göstərir. Artıq Xızı, Nabran, Quba, Qusarda belə otellərin yaradılması üçün 3 şirkətlə layihələndirmə işlərinə başlanılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR