Cəmiyyət

“Talassemiya ilə mübarizədə KİV-lərin rolu” adlı tədbir olub

31-01-2018 | 13:48        

  

Talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətləri inkişaf etdirilməlidir. “Talassemiya ilə mübarizədə KİV-lərin rolu” adlı təbirdə də medianın bu istiqamətdəki dəstəyindən söz açılıb.

Konfransın məqsədi bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyəti  maarifləndirməkdir. Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynovun sözlərinə görə, tədbirlərin nəticəsi olaraq 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib. Eləcə də  2013-cü ildən bu günə qədər mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusunun verilməsinə gəlincə Valeh Hüseynov hesab edir ki, ölkə başçısının imzaladığı fərmanla talassemiyalı xəstələrə dövlət qayğısı daha da artırılacaq. Publik hüquqi şəxsə çevrilməklə vətəndaşlar mərkəzdəki digər xidmətlərdən - laborator müayinədən, müasir müayinələrdən istifadə edə biləcəklər.

Talassemiyalı xəstələrə daim  dövlət səviyyəsində diqqət göstərdiyini qeyd edən millət vəkili Musa Quliyev də  maarifləndirməyə ehtiyac olduğunu əsas gətirərək KİV-lərin üzərinə düşən missiyadan da danışdı. Talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətləri inkişaf etdirilməlidir və media da bu məsələni həmişə diqqətdə saxlamalı və yaymalıdır.