Xarici xəbərlər

Hər il Avropa İttifaqında 400 000 adam hava çirklənməsindən dünyasını dəyişir

31-01-2018 | 11:59        

  

Avropa Komissiyası havanın çirklənməsi ilə bağlı tədbirlərin sərtləşdiriləcəyini və çirkləndirici maddələrə dair qaydaları pozan üzv ölkələrin cəzalandırılacağını bəyan edib. Qurum 9 ölkəni məhkəməyə verməklə hədələyib. Məsələ ilə əlaqədar Avropa İttifaqının ətraf mühit məsələləri üzrə komissarı Karmenu Vella Almaniya, Fransa, İspaniya, İtaliya, Böyük Britaniya, Rumıniya, Macarıstan, Çexiya və Slovakiyanın ekologiya nazirləri ilə görüşüb. Görüşdən sonra açıqlama verən komissar bu ölkələrin havanın çirklənməsinə qarşı planlaşdırdığı tədbirləri yetərli hesab etmədiyini bildirib. Effektiv tədbirlər görmək üçün adiçəkilən ölkələrə fevralın 5-dək vaxt verilib. Karmenu Vella bildirib ki, havada zərərli maddələrin azalması üçün təcili tədbirlər görülməsə, Brüssel 9 ölkə ilə bağlı Avropa məhkəməsinə müraciət edəcək. Bir müdət əvvəl Avropa Komissiyası bu ölkələri Avropa İttifaqının müvafiq qanunvericiliyini pozmaqda ittiham edərək cərimə proseduruna başlayıb. Prosedurun üçüncü mərhələsi məhkəməyə müraciət edilməsini nəzərdə tutur. Komissiyanın hesablamalarına görə hər il Avropa İttifaqında 400 000 adam hava çirklənməsindən dünyasını dəyişir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR